• Çörəkli soğan şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 970

Tarix : 6-03-2016, 17:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
3 soğan,
1 qəhvə fincanı marqarin,
1 dəstə təzə soğan,
1 köhnə çörək,
1 litr ət suyu,
Duz,
Istiot,
Kəklik otu,

Hazırlanması:
Soğanların qabıqlarını soyub incə halqalar şəklində doğrayın.
Böyük bir qazanda soğanları qovurun.
Təzə soğanları yuduqdan sonra incə halqalar şəklində və ya uzun-uzun doğrayın.
Ət suyunu qaynadın və bir az kəklik otu əlavə edin.
Hazır ət suyunuz yoxdursa hazır ət suyu tabletlərindən də istifadə edə bilərsiniz.
Çörək dilimlərini əvvəlcədən qızdırılmış 4 servis sinisinə yerləşdirin.
Siniləri qızdırmaq üçsün fırını 150 dərəcə qızdırın.
1-2 dəqiqə siniyi istidə saxlayın.
Daha sonra halqa şəklində doğranmış təzə soğanlarıüzərinə səpin.
Şorbanı kasalara paylaşdırın.
Üzərinə soğan halqalarını səpib isti halıda servis edin.

Nuş olsun!
Etiketlər: şəklində, soğan, soğanları, servis, halqalar, sonra, doğrayın, fırını, üçsün, dərəcə, qızdırın, halıda, qızdırmaq, Siniləri, qızdırılmış, əvvəlcədən, olsun, sinisinə, yerləşdirin, dəqiqə
BİZİ İZLƏYİN