• Pomidor şorbası resepti - Video resept

Reseptin məlumatları Baxış sayı: 15 433

Tarix : 12-03-2016, 15:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri / Video reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
5 ədəd yetişmiş pomidor
2 yemək qaşığı kərə yağı
1 dolu yemək qaşığı un
1 çay qaşığı toz bibər
5 stəkan su
1/2 stəkan süd (istəyə görə)
Duz
İstiot
Fəsləyən
Şorbanın üzəri üçün holland pendiri

Hazırlanması:
Pomidorları rəndədən keçirdin. Qabıqlarını qarışdırmamağa diqqət edin. Və yaxud əvvəlcə pomidorların qabığını soyun. Bunun üçün əvvəlcə pomidorları bir çəngəl vasitəsi ilə ocağın üzərində tutun. Bu zaman qabıqlar daha rahat soyulur.

Kərə yağı bir tavada əridin. Unu kərə yağına əlavə edin və iyi çıxana qədər qovurun. Bundan sonra buraya toz bibər də əlavə edin və qarışdırın.

Bundan sonra rəndələnmiş pomidorları da əlavə edin və qarışdırın.

10-15 dəqiqə vam odda bişirin.

Suyu (olacaqsa südü də) əlavə edərək, lazımi qatılığa gələnə qədər pomidor şorbası bişirilir. Bişdikdən sonra duzu da əlavə edin və ocağı söndürün.

Şorba süfrəyə verilərkən kasalara qoyulur. Holland pendiri rəndələnir və içərisində pomidor şorbası olan kasalara şorbanın üzərinə səpilir.



Nuş olsun!
Etiketlər: parmezan, motzarella, pendiri, Hazırlanması, olsun, sousu, pomidor, göbələk, ispanaq, pendir, kəklikotusu, Tərkibi
BİZİ İZLƏYİN