• Lobya şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 19 793

Tarix : 1-11-2015, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkan qaynadılmış quru lobya
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər
5 stəkan su
2 ədəd soğan
30 qram yağ
1 xörək qaşığı pomidor tomatı
1 xörək qaşığı bibər tomatı
nanə
duz

Hazırlanması:
Rəngli bibərləri təmizləyib, nazik-nazik doğrayın. Soğanı doğrayıb, yağda qızardın. Üzərinə su, pomidor və bibər tomatlarını əlavə edib, yaxşıca qarışdırın. Sonra əvvəlcədən qaynadılmış quru lobya və rəngli bibərləri əlavə edib, üzərinə bir az duz səpin. Sonra qazanın qapağını örtüb, qaynadın. Qaynadıqdan sonra sobanın dərəcəsini azaldıb, qazanın qapağı yarı açıq vəziyyətdə 20 dəqiqə müddətində bişirin.
Kasalara töküb üzərinə nanə səpin. İsti şəkildə süfrəyə verin.

Nuş olsun!
Etiketlər: bibər, nazik, bibərləri, üzərinə, Sonra, əlavə, stəkan, səpin, tomatı, qazanın, qaynadılmış, lobya, xörək, qaşığı, pomidor, dərəcəsini, sonra, azaldıb, sobanın, Qaynadıqdan
BİZİ İZLƏYİN