• Vegeterian borşu resepti

Reseptin məlumatları Baxış sayı: 16 068

Tarix : 27-07-2014, 03:50

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
kartof — 3-4 ədəd
su və ya tərəvəz bulyonu — 2 l
kələm — 200 qr.
çuğundur — 1 ədəd (orta)
pomidor — 1 ədəd
bolqar bibəri — 1/2 ədəd
konservə olunmuş qırmızı lobya — 1 banka (təxminən 400 qr.)
sarımsaq — 2 diş
bitki yağı — 1 x.q.
duz, şəkər tozu, sirkə

Hazırlanması:
Kartofu soyun, yuyub dördbucaq formada doğrayın. Qazana su tökün, qaynara düşdükdən sonra kartofları qazana salın. Orta alovda 7-10 dəqiqə bişirin. Çuğunduru yuyun, soyub sürtgəcdən keçirin.

Bitki yağını tavada qızdırın, çüğündürü 3 dəqiqə qarışdıra-qarışdıra qızardın. Azca duz vurun, sonra 1 x.q. şəkər tozu və 1-2 x.q. sirkə əlavə edin. Qarışdırın, daha 1 dəqiqə pörtüb qaba tökün. Kələmi nazik doğrayın, əlinizlə azca əzib şorbaya tökün. Duz əlavə edib qarışdırın, 5-7 dəqiqə bişirin. Pomidor və bibəri yuyun, dördbucaq formada doğrayıb tavaya tökün (çuğundurdan sonra tavanı yumayın, tərəvəzləri onda bişirin)

Duzlayıb lobya əlavə edin (suyunu əvvəlcədən süzün). Qarışdırıb 3 dəqiqə bişirin. Sonra tərəvəzli lobyanı şorbaya qatın, qarışdırdıqdan sonra çuğunduru da şorbaya tökün. 3-5 dəqiqə qaynadıb ehtiyac varsa zövqə görə duz vurun. Sonra alovdan götürüb qapağını qoyun. 10 dəqiqədən sonra süfrəyə verilə bilər.

Nuş olsun!
Etiketlər: dəqiqə, sonra, tökün, bişirin, şorbaya, əlavə, formada, dördbucaq, sirkə, Sonra, vurun, yuyun, şəkər, qarışdıra, doğrayın, lobya, bibəri, tavaya, qoyun, doğrayıb
BİZİ İZLƏYİN