• Kapuçino şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 8048

Tarix : 9.12.2016, 12:00

Bölmə : Sulu yeməklər, Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4




Tərkibi:
100 qr porçini göbələyi
100 qr şampinyon göbələyi
1 ədəd baş soğan
1 ədəd kartof
½ diş sarımsaq
10 qr kərəviz
100 qr qaymaq
100 ml bitki yağı
Tərəvəz bulyonu
Duz, istiot

Tərəvəz bulyonu üçün:
1 ədəd bolqar bibərinin içi (saplağı ilə birlikdə)
200 qr göbələyin kötük hissəsi
1 ədəd pomidor qabığı
1 ədəd baş soğanın ikinci qabığı
Yumru istiot
Dəfnə yarpağı
Duz

Hazırlanması:
Bulyonun hazırlanması:
Bütün ərzaqların üzərinə su əlavə edilir, duz səpilib qaynadılır.

Soğan və sarımsaq xırda doğranıb yağda bir qədər qovrulur. Üzərinə göbələk əlavə edilib qızardılır. Qarışığa xırda doğranmış kartof qatılıb qovrulur. Qovrulmuş kütlənin üstünə tərəvəz bulyonu tökülüb zəif odda qaynadılır. Hazır olana yaxın duz, istiot səpilib blenderdən keçirilir. Şorbaya qaymaq əlavə olunub qarışdırılır.

Nuş olsun!

Etiketlər: əlavə, istiot, bulyonu, qaynadılır, qovrulur, xırda, qabığı, Tərəvəz, göbələyi, səpilib, sarımsaq, qaymaq, kartof, edilib, qızardılır, Qarışığa, Üzərinə, doğranmış, doğranıb, qədər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN