• Bədəvi şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 560

Tarix : 14-08-2014, 04:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 st. mərcimək
0,5 st. perlova
2-3 baş soğan
300 ml qatıq
150 ml xama
3 x.q. kərə yağı
2,5 st. un
1 x.q. qarğıdalı nişastası
duz
istiot

Hazırlanması:
Ayrı-ayrılıqda perlovanı, mərciməyi qaynadın. Əgər çox bişərlərsə, qorxulu deyil.
Bədəvi şorbası resepti - FOTO RESEPT


Bitki yağında xırda doğranmış soğanı qızardın.
Bədəvi şorbası resepti - FOTO RESEPT


Nişastanı 0,5 st. soyuq suda əridin.

Qazana qatıq tökün, xama, suda əridilmiş nişasta, 2 st. su əlavə edib yaxşıca qarışdırın.

Perlova, mərcimək, qovrulmuş soğanı əlavə edin. Qaynayanda ocağı azaldıb qarışdıraraq daha 15 dəqiqə bişirin.
Bədəvi şorbası resepti - FOTO RESEPT


Duz və istiot əlavə edin.

Süfrəyə tərəvəzlərlə verə bilərsiniz.
Bədəvi şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, istiot, qatıq, soğanı, mərcimək, qarışdırın, Perlova, qovrulmuş, yaxşıca, əridilmiş, Qaynayanda, tökün, nişasta, azaldıb, tərəvəzlərlə, bilərsiniz, olsun, Süfrəyə, bişirin, Qazana
BİZİ İZLƏYİN