• Mərci şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 3 538

Tarix : 16-05-2017, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Mərci – 400 qr.
Baş soğan – 2 ədəd
Pomidor – 2 ədəd
Kərə yağı
Quru nanə
Duz, istiot

Hazırlanması:
Mərcini təmizləyib yaxşıca yuyun, üzərinə su əlavə edin, saxlayın. Soğanı xırda-xırda doğrayın və kərə yağında qızılı rəng olana qədər qovurun. Pomidorun qabığını soyun, sürtgəcdən keçirdin və soğana əlavə edib qovurun. Mərcini suyunu süzün, üzərinə yenidən su əlavə edib 5 dəqiqə bişirin. Qovrulmuş soğan-pomidor qarışımını bişmiş mərcinin üzərinə əlavə edib blenderdən keçirdin. Şorbaya zövqə görə duz-istiot əlavə edin, üzərinə də nanə səpib servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, xırda, qovurun, Mərcini, soğan, keçirdin, istiot, bişirin, Qovrulmuş, yenidən, suyunu, süzün, pomidor, dəqiqə, mərcinin, zövqə, səpib, servis, Şorbaya
BİZİ İZLƏYİN