• Noxudlu, mərcili soyuq şorba resepti

Reseptin məlumatları Baxış sayı: 4 239

Tarix : 22-05-2017, 16:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Qatıq – 1 kq
Qaynadılmış noxud – 1 st.
Yaşıl mərci – 0.5 st.
Düyü – 0.5 st.
Şüyüd – 5 saplaq
Nanə - 5 saplaq
Zeytun yağı
Duz

Hazırlanması:
Mərci və düyü təmizlənib, yuyulub və qaynadılmalıdır. Sonra süzülüb soyumağa qoyulur. Qatıq yaxşıca çalınır, lazım olan şəklə gəlir. İstəsəniz yarım stəkan su qata bilərsiniz. Qatığın içinə noxudu, mərcini və düyünü əlavə edin, qarışdırın. Şüyüd və nanəni də xırda doğrayıb bu qarışıma əlavə edin. Duz və zeytun yağını da töküb qarışdırın. Servis edərkən yenə üzərinə şüyüd və zeytun yağı gəzdirin.

Nuş olsun!
Etiketlər: əlavə, zeytun, qarışdırın, Şüyüd, saplaq, Qatıq, Qatığın, nanəni, içinə, düyünü, xırda, mərcini, noxudu, qarışıma, üzərinə, şüyüd, gəzdirin, edərkən, Servis, bilərsiniz
BİZİ İZLƏYİN