• Pomidor şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 3 928

Tarix : 3-07-2017, 17:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
●2 ədəd pomidor
●1 ədəd yerkökü( qatmaya da bilərsiniz)
●2 diş sarımsaq
●2 x/qaşığı un
●2 x/qaşığı kərə yağı
●1 x/qaşığı tomat pastası
●1 stəkan süd
●2stəkan su
●duz,qara istiot
●Holland pendiri (üzəri üçün)

Hazırlanması:
Əvvəlcə kərə yağını əridin, unu içinə əlavə edib az xodda biraz karamelize olana qədər qovurun.Pomidorları soyub sürtkəcdən keçirin.Qovrulmuş unun içinə əlavə edin və qarışdırın,sonra tomat pastasını,sonra sürtkəcdən keçirilmiş sarımsaq və yerkökünü əlavə edin, biraz qovurun, sonra suyu, duzu və istiotu əlavə edib yaxşıca qarışdırın.Qapağını bağlayıb təqribən 10 dəq bişməsini gözləyin.Servis etməzdən öncə 1 stəkan isti südü də içinə əlavə edin...

Nuş olsun!
Etiketlər: əlavə, içinə, sonra, qaşığı, qarışdırın, biraz, sürtkəcdən, stəkan, qovurun, sarımsaq, tomat, pastasını, Qovrulmuş, keçirin, keçirilmiş, yaxşıca, bişməsini, gözləyin, Servis, etməzdən
BİZİ İZLƏYİN