• Qızardılmış qızılgüllər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 579

Tarix : 19-10-2014, 20:00

Bölmə : Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Karof
Duz
Yağ

Hazırlanması:
Süfrəyə dadlı təamlarla yanaşı, gözəl görünüşlü xörəklər düzmək arzusunda olan xanımlar bu tərifdən yararlana bilərlər. Belə qızılgülləri həm kartofdan, həm də turpdan düzəltmək olar.

Qırmızı "qızılgüllər" almaq istəyənlər isə kartofu çuğundur şirəsində saxlaya bilərlər. Həmçinin təzə kartofdan istifadə etmək məsləhət görülmür, çünki belə çips tez ovulur.

Gələcək qızılgülün ləçəklərini tərəvəz üçün nəzərdə tutulan xüsusi sürtgəc vasitəsilə 1-1,5 mm qalınlıqda doğrayın. Əgər belə sürtgəciniz yoxdursa, o zaman çox iti bıçaqla nazik dilimlər kəsməyə çalışın. "Ləçəklər" nazik və yarımşəffaf olmalıdır.

Bir dilimi bir az qalın kəsib (3-4 mm), çubuqlara bölün, bu həm ortadakı "qönçə", həm də digər ləçəklərin birləşdirilməsi üçün əsas olacaq.

Sonra "ləçəkləri", "qönçələri" və diş çöplərini soyuq suda 2-3 saat saxlayın (1 l suya 1 dolu çay qaşığı olmaqla duz səpin). "Ləçək"lərin tərkibindəki nişasta bu üsulla çıxmaqla onlar yumşalacaq və qızılgül hazırlamaq daha asan olacaq.

Diş çöpləri, çalışın, çox gödək olsun. Həmçinin onları islatmasanız, qızardan zaman yanacaqlar.

Qızılgülləri hazırlamaq üçün: "qönçə"ni götürüb bir "ləçəyi" ətrafına dolayın. Sonra o biri ləçəyi dəgər tərəfdən bunlara sarıyın, diş çöpü ilə bərkidin.

O biri "ləçəkləri" bir az yuxarıdan bərkidin ki, açılmış qızılgülə bənzəsin. Bir "qızıl" qayda var: bir ləçəyi saat əqrəbi, o birini saat əqrəbinin tərsi istiqamətində bükün.

Sonra "qızılgül"ləri yüngülcə silkələyib su damlalarını atın, salfetin üstünə qoyub 3-5 dəqiqə saxlayın ki, suyu tam çəkilsin. Əks halda qaynar yağda su partlamağa başlayacaq və yağ ətrafa dağılacaq, əllərinizi yandıra bilərsiniz.

Balaca qazanı ocağın üstünə qoyub içinə duru yağ tökün. Yaxşı qızıb-qızmadığını yoxlamaq üçün nazik kartof dilmlərindən birini salfetlə qurudub içinə salın, əgər qabarcıqlar çıxmağa başlasa, deməli, yağ yaxşı qızıb.

Qızılgülü üzü aşağı olmaqla yağa salın və çalışın ki, təxminən 1-2 dəqiqə ərzində belə saxlayasınız, yağın içində o yan-bu yana əyilməsin. Bu müddətdə ləçəklər açılacaq. Sonra çevirin və hərtərəfli qızardın.

Hazır olandan sonra salfetin üstünə düzüb yağının çəkilməsini gözləyin, üstünə azca duz səpin.

Qızılgüllər bir az soyuyandan sonra diş çöplərinin ucundan tutub öz oxu ətrafında fırladıb çıxarın. Qızılgüllər dağılmamalıdır. Onları boşqablara düzün.
Qızardılmış qızılgüllər resepti - FOTO RESEPT

Qızardılmış qızılgüllər resepti - FOTO RESEPT

Qızardılmış qızılgüllər resepti - FOTO RESEPT

Qızardılmış qızılgüllər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Sonra, üstünə, ləçəyi, çalışın, nazik, Həmçinin, ləçəkləri, olacaq, qızılgül, birini, hazırlamaq, salın, salfetin, dəqiqə, saxlayın, olmaqla, səpin, qoyub, sonra, olsun
BİZİ İZLƏYİN