• Göbələkli kasserol resepti

Reseptin məlumatları Baxış sayı: 11516

Tarix : 15.12.2015, 12:00

Bölmə : Tərəvəz yeməkləri, Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6




Tərkibi:
1 kq göbələk (meşə göbələyi, dondurulmuş, yarısını şampinyon da götürmək olar)
200 q motsarella
80 q parmezan (yaxud digər bərk pendir)
200 ml 10%-li qaymaq
1 budaq rozmarin
0,5 əd. çili istiotu
3-4 diş sarımsaq
3-4 baş soğan
2-3 x.q. zeytun (bitki) yağı
50 q kərə yağı
qara istiot
duz

Hazırlanması:
Tavaya 2-3 x.q. zeytun yağı tökün, xırda doğranmış sarımsaq, çili istiotu əlavə edib yarım dəqiqə qovurun, yarımhalqa doğranmış soğan, rozmarin yarpaqları əlavə edib soğan qızılı rəng alanadək qızardın.

Göbələklərin donunu mikrodalğalı sobada açın.

Göbələkləri soğana əlavə edib tam hazır olunca bişirin (qızarmalıdır). Kərə yağı əlavə edin. Əriyəndən sonra qarışdırıb ocağı söndürün. Göbələyi odadavamlı qaba qoyun, doğranmış motsarella pendiri əlavə edin, qaymaq tökün və 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Hazır olmazdan 5 dəqiqə əvvəl sürtgəcdən keçirilmiş parmezan səpib yenidən sobaya qoyun. Üzəri qızaranda götürün (təxminən 5 dəqiqə).

Süfrəyə ayrıca, yaxud qarnirlə (məsələn, sobada bişmiş kartof) verə bilərsiniz.

(Sobada kartof: kartofu təmizləyib duzlu suda bişirin, qaynayandan sonra 5-7 dəqiqə bişsin, sonra suyunu süzün. Quru kartofu siniyə düzün, duz, istiot, ədviyyat vurun, çoxlu bitki yağı gəzdirin, 200 dərəcə qızdırılmış sobada qızaranadək bişirin. Hazır olandan sonra üzərinə xırda doğranmış sarımsaqla cəfəri səpin, qarışdırın).

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, sobada, sonra, doğranmış, bişirin, soğan, sarımsaq, zeytun, istiot, xırda, kartof, istiotu, kartofu, tökün, bitki, rozmarin, motsarella, yaxud, dərəcə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
arzum-aysum
gobelek ve pendir menlik deyil
24 aprel 2015 13:14
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN