• Paratha resepti

Reseptin məlumatları Baxış sayı: 14 132

Tarix : 15-12-2015, 14:00

Bölmə : Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
230 q un (+ bir qədər də yaymaq üçün)
40 ml bitki yağı
100 ml isti su
1 çimdik duz
2-3 (330 q) bişmiş kartof
2 x.q. xırda doğranmış göy soğan
hərəsindən 1 x.q. xırda doğranmış cəfəri və keşniş
duz
istiot
bitki yağı (bişirmək üçün)
xama (yanında süfrəyə vermək üçün)

Hazırlanması:
Un, bitki yağı, isti su, duzdan yumşaq xəmir yoğurun. Kündələyib soyuducuya qoyun. 1 saat saxlayın.
Kartofu suda bişirin, püre halına salın, göyərti və soğanı, duz-istiot vurub yaxşıca qarışdırın.
Xəmirlə içi 5 bərabər hissəyə bölün.
Bir kündəni azca yayın. Ortasına iç qoyun, sonra xəmirin kənarlarını ortaya gətirib bitişdirin, içində hava qalmasın. Harasındasa hava qalarsa, deşib çıxarın.
Sonra "tikişli" tərəfini alta çevirin, nazik yayın (yenə də hava qabarcığı qalarsa, deşin).
Qızmar quru tavaya qoyub iti odda 1 dəqiqə bişirin. Çevirin, üzünə bitki yağı çəkin, 1 dəqiqə sonra yenidən çevirin. Bu tərəfinə də bitki yağı çəkib 1 dəqiqə sonra yenə çevirin, daha bir dəqiqə bişirin.
Qalan xəmirlə içi də eyni qaydada hazırlayın.

Nuş olsun!
Etiketlər: bitki, dəqiqə, çevirin, sonra, bişirin, doğranmış, istiot, xırda, qalarsa, qoyun, yayın, deşib, çıxarın, Sonra, tikişli, içində, ortaya, kənarlarını, xəmirin, gətirib
BİZİ İZLƏYİN