• Göbələkli oladi resepti

Reseptin məlumatları Baxış sayı: 14 530

Tarix : 20-02-2016, 15:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q göbələk
1 baş soğan
1-2 diş sarımsaq
1 ç.q. şüyüd qurusu
1 çimdik duz
1 yumurta
50 q un
bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
Göbələyi yuyub suyunu süzün. Xırda doğrayın. Soğanı və sarımsağı da xırda doğrayın.
Tavada 1-2 x.q. zeytun yağını qızdırın, soğanı qızılı rəng alanadək qovurun. Sarımsağı və şüyüdü əlavə edin. Sonda göbələyi əlavə edin, tavanın qapağını örtün, vam odda göbələk suyunu buraxıncayadək bişirin. Sonra qapağı götürün, suyu quruyanadək bişirin. Ocaqdan götürüb təxminən 20 dəqiqə soyudun.
Yumurta əlavə edib qarışdırın, un qatıb xəmir hazırlayın.
Oladilər hazırlayaraq zeytun yağında hər iki üzünü qızardın.

Nuş olsun!
Etiketlər: əlavə, suyunu, zeytun, doğrayın, bişirin, göbələk, quruyanadək, götürüb, götürün, Ocaqdan, Sonra, qapağını, tavanın, örtün, buraxıncayadək, təxminən, qapağı, dəqiqə, yağında, hazırlayaraq
BİZİ İZLƏYİN