• Kartof oladiləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 418

Tarix : 3-03-2016, 10:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq kartof
3 ədəd yumurta
1 ədad baş soğan
60 qr un
1 ç/q qabartma tozu
120 ml bitki yağı
duz
istiot
muskat
alma sousu

Hazırlanması:
1. Lazım olan inqredientlər.
2. Kartof təmizlənir və iri sürtkəcdən keçirilir.
3. Yumurtalar bir boşqabda çalınır. Kartofa xırda doğranmış soğan, çalınmış yumurtalar, qabartma tozu ilə qarışdırılmış un, muskat, duz və istiot əlavə edilir.
4. Hamısı yaxşı qarışdırılır.
5. Yağ tavada qızdırılır. Əlnən oladı hazırlanır, azacıq sıxılıb suyundan təmizlənir və rəngi qızarana qədər yağda qızardılır.
6. Hər tərəfli şəkildəki kimi qızardılır.
7. Və budur! Dadlı kartof oladiləri hazırdır! Saytımızda resepti olan alma sousu ilə oladiləri isti-isti süfrəyə vermək olar.

Kartof oladiləri resepti - FOTO RESEPT

Kartof oladiləri resepti - FOTO RESEPT

Kartof oladiləri resepti - FOTO RESEPT

Kartof oladiləri resepti - FOTO RESEPT

Kartof oladiləri resepti - FOTO RESEPT

Kartof oladiləri resepti - FOTO RESEPT

Kartof oladiləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: kartof, sousu, muskat, Saytımızda, istiot, qızardılır, təmizlənir, resepti, qabartma, Kartof, oladiləri, soğan, qarışdırılır, olsun, tavada, Əlnən, oladı, yaxşı, qızdırılır, edilir
BİZİ İZLƏYİN