• Brokili salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 753

Tarix : 10-07-2015, 18:00

Bölmə : Tərəvəz yeməkləri / Souslar / Salatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 kiçik brokili,
1 böyük kök,
2 ədəd qırmızı ətli bibər,
Bişirilmiş qarğıdalı dənələri,

Sosu üçün:
Duz,
zeytunyağı,
3-4 diş sarımsaq,
Narşərab,

Hazırlanması:
Brokilini kiçik parçalara ayıraraq isti suda bişirin.
Sonra süzün.
Kökü doğrayın.
Kökü də isti suda bişirin.
Qırmızı ətli bibəri də eyni şəkildə doğrayıb isti suda bişirin.
Bütün ərzaqları bişirdikdən sonra servis tabağına alıb üzərinə duz, zeytun yağı, döyülmüş sarımsaq və nar şərabını əlavə edib qarışdırın.
Ən son qarğıdalı dənələrini də əlavə edib servis edin.
Qeyd:
Tərəvəzlər bişdikdən sonra isti sudan çıxardıb soyuq suya qoysanız rəngini qoruyar və parlaq görünər.

Nuş olsun!
Etiketlər: bişirin, sarımsaq, əlavə, kiçik, servis, sonra, qarğıdalı, şərabını, qarışdırın, zeytun, tabağına, üzərinə, dənələrini, döyülmüş, sudan, qoruyar, parlaq, görünər, olsun, rəngini
BİZİ İZLƏYİN