• Toyuq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 20162

Tarix : 28.12.2016, 17:00

Bölmə : Toyuq yeməkləri, Dolmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4

Resepti göndərən : Wirin


Tərkibi:
8 ədəd toyuq budu
1 stəkan göy noxud
2 ədəd kök
1 ədəd orta ölçülü kartof
2 xörək qaşığı rəndələnilmiş kaşar pendiri
2 xörək qaşığı doğranmış şüyüd
1 ədəd orta ölçülü quru soğan
1 xörək qaşığı marqarin
Qara bibər
Duz

Hazırlanması:
Toyuq budunun uc qisimlərindəki sümüyü bıçaq köməyiylə çıxarın. Tavada marqarini əridin və xırda doğradığınız soğanları, bənövşəyiləşənə qədər qovurun.
İçinə kiçik-kiçik doğradığınız kartofları və kökləri atıb 4-5 dəqiqə də az odda qovurun. Qovurduğunuz kartof və köklərin içinə göy noxud, doğranmış şüyüd, qara bibər, duz və 1 stəkan su əlavə edib 15 dəqiqə bişirin. Budun uc qisimlərində olan boşluğun içinə, hazırladığınız göy noxudlu içlikdən 1 xörək qaşığı qoyub, ucundan bağlayın. İçlərini doldurduğunuz budları soba qabına yerləşdirib, 1 stəkan su gəzdirin üzərlərinə. 175 dərəcəlik sobada 90 dəqiqə bişirib plovla servis edin.

Nuş olsun!

"Bu yeməyi bişirmək prosesi nəticəsi kimi – tam bir həzdir. Və qoy, sonda yığılacaq çirkli qabların sayı kədərləndirməsin, çünki Fairy ilə ən yağlı qabların belə öhtəsindən rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!"

Etiketlər: xörək, qaşığı, dəqiqə, stəkan, şüyüd, bibər, kiçik, içinə, doğranmış, doğradığınız, qovurun, ölçülü, kartof, noxud, içlikdən, noxudlu, qoyub, ucundan, bağlayın, hazırladığınız
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Totu
Coooox beyendim
1 may 2016 17:45
1
BİZİ İZLƏYİN




Yandex.Metrica