• Toyuq ciyərindən paştet resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 106

Tarix : 22-12-2016, 21:00

Bölmə : Toyuq yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox

Tərkibi:
500 qr toyuq ciyəri
100 qr duzsuz kərə yağı
5 x/q zeytun yağı
100 ml ağ şərab
2 ədəd orta ölçüdə baş soğan
1 diş sarımsaq
100 ml yağlı qaymaq
duz
təzə qara istiot
muskat
bir neçə dəstə kəklikotu

Hazırlanması:
Saytımızda artıq ciyər paştet hazırlanması barədə resept var. Lakin o resept hazırki reseptdən az da olsa fərqlidir.

1. İnqredientlər.
2. Soğan dairəvi şəkildə, sarımsaq isə xırda-xırda doğranılır.
3. Tavada zeytun yağı isidilir, onun içində 50 qr kərə yağı əridilir.
4. Yağın ətirli olması üçün, əriyənə qədər tavaya kəklikotu budaqları atılır. Yağ tam əriyəndən sonra kəklikotu tavadan götürülür.
5. Soğan və sarımsaq qızardılır.
6. Qara ciyər əlavə edilir və 8-10 dəqiqə qızardılır. Lazımdır ki nəticədə ciyər sulu olsun.
7. Təqribən 8-10 dəqiqədən sonra ağ şərab əlavə edilir, duz, istiot və muskat vurulur.
8. Əlavə 5 dəqiqə pörtlədilir.
9. Qaymaq əlavə edilir.
10. Maye qaynadıqda tava oddan çıxarılır.
11. Blender vasitəsi ilə hamısı tam əzmə (püre) olana qədər qarışdırılır.
12. Nəticədə bu qədər zərif paştet alınır. Xüsusi formada plastik qablara yığılır.
13. Yerdə qalan kərə yağı əridilir, üzü götürülür və şəffaf hissəsi qablardaki paştetin üzərinə əlavə edilir.
14. Soyuducuya yerləşdirilir.
15. Bir gün soyuducuda qalandan sonra artıq istifadə etmək olar.

Toyuq ciyərindən paştet resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: edilir, əlavə, kəklikotu, ciyər, sonra, sarımsaq, qədər, istifadə, muskat, resept, xırda, dəqiqə, paştet, əridilir, artıq, Soğan, istiot, şərab, zeytun, toyuq
BİZİ İZLƏYİN