• Paştet resepti

Reseptin məlumatları Baxış sayı: 56 904

Tarix : 20-03-2016, 14:12

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 10-12


Tərkibi:
Qoyun və ya mal qaraciyəri: 1 kq
Yağ (bitki və ya kərə) 2 xörək qaşığı (soğanı qızartmaq üçün)
Soğan: 1 baş
Yerkökü: 2 ədəd orta boy
Kərə yağı: 170 qram
Duz
İstiot
Su: 6 stəkan

Hazırlanması:
Paştet bişirmək üçün mal və ya qoyun təmizlənir. Bu təmizlənən ciyər paştet hazırlamaq üçün orta ölçülü tikələr halında doğranır. Bir qazana su qoyulur, buraya ciyər tikələri əlavə edilir və bişənə qədər qaynadılır. Paştet hazırlanacaq ciyərləri bişdikdən sonra sudan çıxardılır, blender və ya qiymə maşını vasitəsi ilə püre halına gətirilir.

Bir tavaya yağ qoyulur, soğanlar kiçik – kiçik doğranır və bu yağda qızardılır. Paştetə qatmaq üçün kök suda qaynadılaraq yumşaldılır.

Qızardılan soğanlar blender və ya qiymə maşını vasitəsi ilə püre halına gətirilir.

Suda qaynayıb yumşalan kök, blender və ya qiymə maşınından keçirilib püre halına gətirilir.

Paştetin xammalları: ciyər, soğanvə yerkökü püresi qarışdırılır və birlikdə ət maşınından keçirilir. Bu qarışığın üzərinə duz və istiot əlavə edilir və qarışdırılır

Paştetin püresi kalka kağızın üzərinə 0,6 sm qalınlıqda, 35×25 sm ölçüdə bir qaşıq vasitəsi ilə düzgün bir şəkildə yayılır.

Paştetin xammalı hazırlanarkən kərə yağı soyuducudan çıxardılır və kənarda gözlədilir.

Otaq temperaturunda yumşalmış kərə yağı kalka kağızının üzərinə yayılmış paştetin üzərinə nazik təbəqə halında yaxılır.

Bundan sonra ehtiyatla rulet halında bükülür. Bükülən paştet, istifadə olunan kalka kağızına bükülərək soyuducuya qoyulur. Soyuducuya qoyulan paştet burada ən az 2 saat gözlədilir. Paştet soyuducuda nə qədər çox gözləsə, bir o qədər çox özünü tutar və daha ləzzətli olar.

Yeməyi süfrəyə verərkən orta qalınlıqda dilimlər halında doğranılır. Doğranan paştet dilimlərində ciyər qarışıqlarının arasında kərə yağı təbəqəsi çox gözəl bir görüntü meydana gətirir.

Nuş olsun!
Etiketlər: paştet, üzərinə, ciyər, halında, Paştet, qoyulur, vasitəsi, blender, gətirilir, qədər, qiymə, halına, Paştetin, kalka, çıxardılır, edilir, əlavə, qalınlıqda, qarışdırılır, püresi
BİZİ İZLƏYİN