• Ciyər paşteti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16144

Tarix : 11.10.2015, 20:00

Bölmə : Quru yeməklər, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10




Tərkibi:
1 kilo qaraciyər (qoyun və ya mal)
2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün)
1 böyük baş soğan¸ xırda doğranmış
2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş
duz¸ zövqə görə
istiot¸ zövqə görə
2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!)

Hazırlanması:
Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir.
1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun.
2. Tavaya 2 xörək qaşığı yağ töküb qızdırın. Xırda doğranmış soğanı bu yağda qızardın (təxminən 7 dəqiqə çəkir). Qızarmış soğanı və soyutma yerkökünü ayrı-ayrı ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin.
3. Çəkilmiş ciyər¸ soğan¸ və yerkökünü bir yerdə ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin. Uzərinə zövqə görə duz və istiot əlavə edin.
4. Alınan kütləni bıçaqla kalka kağızının üzərinə qalınlığı təxminən 0.6 sm¸ uzunluğu 35 sm¸ eni isə 25 sm olan düzbucaq şəklində yayın. Sonra isə yumşalmış kərə yağını bıçaqla paştetin üzərinə yaxın.
5. Kalka kağızını ehtiyyatla qaldıraraq paşteti rulet kimi qatlayın və eyni kalka kağızına bükün. Ən azı 2 saat soyuducuda saxlayın. Bu paştet soyuducuda nə qədər çox qalsa bir o qədər yaxşıdır – rulet özünü tutar. Süfrəyə verəndə orta qalınlıqda dilimlərə doğrayın. Bu paştet soyuducuda bir həftəyə dək saxlanıla bilər.

Ciyər paşteti resepti - FOTO RESEPT

Ciyər paşteti resepti - FOTO RESEPT

Ciyər paşteti resepti - FOTO RESEPT

Ciyər paşteti resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: paşteti, qədər, ciyər, gələnə, halına, soyuducuda, təxminən, paştet, keçirin, zövqə, qoyun, blenderdən, bıçaqla, paştetin, maşını, dəqiqə, cavab, ləzzətli, soğanı, olduğunu
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN