Tərkibi:Un 500q
Quru maya 25q
Süd ¾ stəkan
Şəkər 2 x.q.
Yumurta 2 ədəd
Kərə yağı 60q
Duz ½ ç.q.
Adi moruq cemi 1,5 stəkan
Hazırlanması:Quru mayanı 2-3 x.q. isti süd ilə qarışdırın və 15 dəqiqəlik saxlayın, qalxana gədər. Yumurtaları şəkər və duz ilə qarışdırın. Kərə yağını əridin. Qalan südü bir qaba tökün, yumurta və quru mayanı əlavə edin, unun yarısını əlavə edib qarışdırın. Asta-asta qalan unu əlavə edin. Sonra isə əridilmiş yağı tökün və xəmiri yoğurun, əlinizə yapışmayana gədər. Plyonka ilə qabı örtün və isti yerdə 1 saat saxlayın. Xəmiri yenə biraz yoğurun və isti yerdə saxlayın. Hazır xəmiri dördbucaq formasında açın və ortasına cem çəkin, qıraqlarda boş yer saxlayın. Üç dəfə bükün. Qıraqlarını bağlayın və oxlov ilə üstündən bir neçə dəfə keçin. 12 yerə kəsin, hər hissə təxminən 2,5 sm olmalıdır. Hər hissəni 3-4 dəfə burun və uclarını birləşdirin. Perqamentli sinidə 190 dərəcədə 15 dəqiqə bişirin. Soyudun və şəkər pudrası səpin.
Nuş olsun!
Etiketlər: saxlayın, qarışdırın, əlavə, yerdə, stəkan, tökün, yoğurun, xəmiri, gədər, şəkər, mayanı, kəsin, hissə, qıraqlarda, keçin, bükün, təxminən, bağlayın, Qıraqlarını, üstündən