• İspanaqlı gül börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 13 973

Tarix : 7-07-2016, 21:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
3 ədəd lavaş
3 ədəd kartof (qaynadılmış)
500 qr. ispanaq
1 ədəd soğan
1 dəstə cəfəri
150 qr çəkilmiş ət
1/2 xörək qaşığı tamat
1 tutam duz
qara bibər, pul bibər
1/2 stəkan duru yağ
1 ədəd yumurta sarısı

Hazırlanması:
Qaynadılmış kartofu rəndələyin.
Soğanı çəkilmiş ət ilə birlikdə yüngülcə qızardın.
Yuyulan ispanağı əlavə edib 2 dəqiqə daha qovurun.
Yarım xörək qaşığı tamat duz və bibərləri əlavə edin.
Cəfərini da əlavə 1 dəqiqə daha qovurun, ocaqdan.
Kartof rəndəsini də əlavə edib qarışdırın.
Lavaşları üst-üstə sərib dördə bölün.
Hər üçbucaq formasında olan parçaya hazırladığımız içlikdən yayın və rulet şəklində bükün.
Ruleti öz ətrafında çevirərək yumru şəklə salın.
Yağlanmış soba nimçəsinə düzün.
230 dərəcə isidilmiş sobada bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, çəkilmiş, tamat, dəqiqə, bibər, qovurun, xörək, hazırladığımız, parçaya, içlikdən, yayın, rulet, Lavaşları, sərib, şəklində, üçbucaq, bölün, dördə, formasında
BİZİ İZLƏYİN