Tərkibi:1 st. iliq süd
1 st. iliq su
1 paket maya
1 x.q. şəkət tozu
1 ç.q. duz
2 x.q. günəbaxan yağı
4-5 st. un
Üstü üçün:
1 c.q. əridilmiş kərə yağı
1 yumurta sarısı
1 x.q. qatıq
1 x.q. su
Əlavə:
1 ç.q. çörək otu
1 ç.q. küncüt
Hazırlanması:1.Dərin bir qaba maya, şəkər tozu, iliq süd, iliq su əlavə olunur və yaxşı qarışdırılır.
2.Günəbaxan yağı və duz əlavə olunur və qarışdırılır.
3.Yavaş yavaş unu əlavə edirək yumuşaq xəmir yoğurulur.
4.Xəmirin üstünü örtüb 1 saat isti yerdə saxlayırıq. Bir saat sonra üstünü açıb bir daha yoğurmaq lazımdır. Üstü yenə örtülür və 30 dəqiqə saxlanır.
5.Əllərinizi günəbaxan yağı ilə yağlayın və mayalanmış xəmiri 2 yerə bölürək soba listlərinə əllərinizlə yayın. İstəyə görə bəzək edin.
6.Pidenin üstünə sürtmək üçün qarışımı hazırlayın və üstünə yaxın.
7.Çörək otu və küncüt səpin. 15 dəqiqə belə saxlayın, qabda mayalansın.
8.180 dərəcədə isinmiş sobaya qoyun və üstü qızarana kimi bişirin. 20-30 dəqiqə vaxt alır.
9. Hazır pideni dəsmal üstünə qoyub, başka dəsmalla örtün ki soyusun.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: əlavə, dəqiqə, üstünə, küncüt, qarışdırılır, olunur, günəbaxan, üstünü, qarışımı, səpin, hazırlayın, Çörək, yaxın, sürtmək, İstəyə, yayın, bəzək, Pidenin, əllərinizlə, saxlayın