• Bişmiş kolbasa resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 452

Tarix : 10-10-2014, 17:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q ət
2 ç.q. duz
50-100 ml süd
1 yumurta
2 x.q. nişasta
1/3 ç.q. qara istiot
1/3 ç.q. muskat cevizi
1/3 ç.q. hil

Hazırlanması:
Əti ət maşınından keçirin. Buraya sarımsaq da əlavə edə bilərsiniz. 50 ml soyuq süd əlavə edib blenderdən keçirin.
Bişmiş kolbasa resepti - FOTO RESEPT


Duz, yumurta, nişasta (qarğıdalı, yaxud kartof, olmasa, un), ədviyyat əlavə edin. Əgər qoyun əti deyil, mal ətindən hazırlayırsınızsa, o zaman südü bir az çox götürün. Qarışdırın. Farş nə çox qatı, nə çox duru olmalıdır.

Sonra ət bişirmək üçün plastik torbanın içinə qoyun, kolbasa forması verin. Torbanın artıq hissəsini kolbasanın üstünə bükün. Kolbasanı bir neçə yerdən iplə bağlayın.
İynəylə bir neçə yerdən deşin.
Sonra bunu folqaya bükün.
Bişmiş kolbasa resepti - FOTO RESEPT

Bişmiş kolbasa resepti - FOTO RESEPT

Bişmiş kolbasa resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobaya qoyun. 15 dəqiqə sonra temperaturu 150 dərəcəyədək azaldın. Daha 30 dəqiqədən sonra folqanı açıb 10 dəqiqə də bişirin (bu zaman sininin içinə azca su tökün). Hazır olana yaxın üstü qızaracaq. Hazır kolbasanı soyudun, doğrayın.
Bişmiş kolbasa resepti - FOTO RESEPT

Bişmiş kolbasa resepti - FOTO RESEPT


(Kolbasanın çəhrayı rəngdə alınması üçün ona 1 x.q. alkoqol (şərab, araq və ya konyak) əlavə edirlər).
Bişmiş kolbasa resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qoyun, zaman, yerdən, Sonra, içinə, bükün, dəqiqə, sonra, Hazır, nişasta, yumurta, keçirin, olsun, edirlər, dərəcəyədək, konyak, azaldın, temperaturu, sobaya
BİZİ İZLƏYİN