• Südlü masala resepti

Reseptin məlumatları Baxış sayı: 14 970

Tarix : 17-09-2014, 22:00

Bölmə : İçkilər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Soyuq payız axşamlarının dadlı və isti çayı masala həm dadı, həm də faydaları ilə məşhurdur. O, qızındırır, enerjini və immuniteti artırır, əhvalı yaxşılaşdırır. Hinduslar qara çayı və ədviyyat qarışığını qaynar südə əlavə edirlər və bu inanılmaz gözəl dad yaradır. «Masala» sözü - «ədviyyatların qarışığı» deməkdir. Südlü masala çayı çox doyumludur, hətta axşam yeməyini də əvəz edə bilər.

Tərkibi:
1 st. süd
5 yaşıl hil dənəsi
2 qara hil dənəsi
1/4 ç.q. mixək
2 ədəd ağ dənəvər istiot
1 budaq darçın
1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil kökü
bıçağın ucunda muskat cevizi
şəkər tozu və ya bal - zövqə görə
qara çay yarpaqları

Hazırlanması:
Hil dənələrini aralayıb içinin buğdalarını çıxarın.

Mixəklərin başını, dənəvər istiotları və darçın budağını əzin.

Təzə zəncəfil kökünü yuyun, qabığını təmizləyib sürtgəcdən keçirin, yaxud xırda doğrayın.

Südü qızdırın. Qaynara düşəndə ədviyyatları: yaşıl və qara hili, mixəyi, ağ istiotu, darçını, muskat cevizini və sürgəcdən keçirilmiş zəncəfil kökünü əlavə edin. Vam odda 1-2 dəqiqə bişirin.

Qara çayı ayrıca dəmləyin.

Fincanın 1/3-nə qara çay, bunun üzərinə ədviyyatlı südü çaysüzəndən süzün. İstəyə görə şəkər tozu və ya bal əlavə edə bilərsiniz.

Əgər ballı masala içmək niyyətiniz varsa, o zaman çayın azca soyumasını gözləyin, sonra balı əlavə edin ki, onun keyfiyyəti itməsin.

Nuş olsun!
Etiketlər: əlavə, masala, zəncəfil, dənəvər, şəkər, darçın, muskat, sürtgəcdən, yaşıl, kökünü, dənəsi, keçirilmiş, qızdırın, düşəndə, istiotu, mixəyi, ədviyyatları, Qaynara, doğrayın, yuyun
BİZİ İZLƏYİN