• Portağallı çay resepti

Reseptin məlumatları Baxış sayı: 16 742

Tarix : 2-02-2016, 14:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ç.q. qara çay
0,5 portağal
1 çimdik (yaxud 1 çubuq) darçın
1 çimdik zəncəfil
1 mixək
Əlavə olaraq cirə və bal da qata bilərsiniz.

Hazırlanması:
Suyu qaynadın.
Quru çayı fincana töküb üzərinə qaynar su əlavə edin.
Portağal şirəsini içinə sıxın. Vitaminlər ölməsin deyə çayın 50 dərəcəyədək soyumasını gözləyib, sonra portağalı sıxa bilərsiniz.
Darçın, mixək, zəncəfil, arzuladığınız digər ədviyyatı əlavə edin. Qarışdırıb 5 dəqiqə saxlayın.
Süzgəcdən süzmək də olar.

Zövqə görə bal da əlavə edə bilərsiniz. Amma balı çay soyuyandan sonra əlavə etmək lazımdır ki, faydası itməsin.

Nuş olsun!
Etiketlər: əlavə, bilərsiniz, mixək, zəncəfil, sonra, çimdik, ədviyyatı, gözləyib, Qarışdırıb, arzuladığınız, Darçın, dəqiqə, portağalı, digər, süzmək, lazımdır, faydası, itməsin, olsun, etmək
BİZİ İZLƏYİN