• Zəncəfilli qırmızı pomidor mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 17 045

Tarix : 25-02-2016, 11:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq qırmızı pomidor
3 st. şəkər tozu
1 portağal
yarım limon
yarım budaq vanil
zəncəfil kökü

Hazırlanması:
Pomidorların üstünə qaynar su tökün, sonra isə soyuq suya salaraq qabığını soyun. Kubik doğrayın. Limonla portağalı yuyun, dənələrini çıxarın, qabığını soyun. Bunları da doğrayın.
Vanil və zəncəfili doğrayın. Hamısını qarışdırıb üstünə şəkər tozu səpin. 1 saat saxlayın. Sonra ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı azaldın, zəif odda 5 dəqiqə qaynadın.
Mürəbbəni ocaqdan götürüb 1 saat saxlayın. Sonra yenə ocağın üstə qoyun, qaynara düşəndən sonra 35-45 dəqiqə bişirin.
İsti-isti bankalara yığıb ağzını bağlayın.

Nuş olsun!
Etiketlər: üstünə, doğrayın, sonra, düşəndən, qabığını, soyun, qaynara, saxlayın, Sonra, ocağın, qoyun, dəqiqə, şəkər, yarım, bağlayın, ağzını, olsun, qarışdırıb, səpin, yığıb
BİZİ İZLƏYİN