Tərkibi:5 pomidor
1 kök
1 bolqar bibər
1 baş soğan
1 acı uzun bibər
3 diş sarımsaq
3 x.q. günəbaxan yağı
Ədviyyatlar çox vacibdir:
1/4 ç.q. üyüdülmüş keşniş toxumu
1/2 paprika
1 çimdik zəfəran
1/4 ç.q. sarıkök
zövgə görə qırmızı quru bibər (pul bibər)
2 ç.q. quru keşniş
duz zövgə görə
1/2 ç.q. şəkər tozu(reseptdə mütləqdi amma etməyə bilərsiz)
Hazırlanması:1.Pomidorların qabığını soyuruq. Rahat soyulsun deyə qaynar suda 1 dəqiqə saxlayın.
2.Pomidorları, bibəri, kökü, baş soğanı ət çəkən maşından və ya blendordan keçirin.
3.Aldığınız qarşımı dərin qazanın içinə qoyun və az xodda 1-1,5 saat bişirin. Tez-tez qarışdırmağa unutmayın ki dibi tutmasın.
4.Bütün ədviyyatları və əzilmiş sarımsağı əlavə edib qarışdırın.
5.Günəbaxan yağını əlavə edin və yaxşı qarışdırın. Və altını keçirdin.
6.Soyuyanda bankalara yığa bilərsiniz.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: bibər, qarışdırın, əlavə, keşniş, zövgə, qoyun, içinə, xodda, bişirin, qarışdırmağa, qazanın, dərin, blendordan, maşından, keçirin, Aldığınız, qarşımı, unutmayın, tutmasın, Soyuyanda