• Balıq buğlaması resepti

Reseptin məlumatları Baxış sayı: 30 713

Tarix : 27-09-2017, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Hüsniyyə


Tərkibi:
1 orta ölçülü balıq ( istəyə uyğun kiçik 4-5 balıq da istifadə etmək olar )
2 baş soğan
2 iri kartof
1 -2 şirin bibər
1/2 limon
5-10 ədəd turş alça qurusu
4-5 ədəd turş alça (olmasa da olar mövsümə uyğun )
2 dəfnə yarpağı
1 dəstə keşniş
1 dəstə şüyüd
1/2 dəstə göy soğan
3-4 yarpaq nanə(olmasa da olar)
Biraz yağ
1 st su (tez qurusa əlavə etmək olar)

Hazırlanması:
Balığı doğruyuruq ,soğanı və kartofu da halqa doğruyub düzürük tavaya,göyərtiləri xırda doğruyuruq və üzərinə tökürük və limonları ,alçaları və alça qurusunu da üstdən yerləşdiririk ,nanə və dəfnə yarpaqlarını da yerləşdirib üzərinə yağ və su tökürük ,qoyuruq ocağın üstünə bişməyə,hərdən nəzarət edin ki,suyu quruyub yapışmasın(yanmasın) , su qurusa əlavə edin,kartof və balığı yoxlayın, bişiblərsə yemək hazırdı

Nuş olsun!
Etiketlər: dəstə, soğan, kartof, olmasa, dəfnə, etmək, balıq, əlavə, üzərinə, qurusa, uyğun, yerləşdirib, tökürükqoyuruq, qurusunu, limonlarıalçaları, tökürük, ocağın, üstdən, yerləşdiririknanə, yarpaqlarını
BİZİ İZLƏYİN