• İmam bayıldı resepti

Reseptin məlumatları Baxış sayı: 5 345

Tarix : 6-01-2018, 18:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 badımcan
2 pomidor
1 uzun yaşıl bibər
1 baş soğan
2 diş sarımsaq
1 x.q. tomat pastası
cəfəri
zeytun yağı

Hazırlanması:
Badımcanları xət-xət soyuruq. Zeytun yağında hər tərəfli qızardırıq. Salfetin üstünə qoyuruq ki, artıq yağı çəkilsin.
Baş soğanı yarıdan bölüb uzun-uzun kəsirik. Sarımsağı xırda kəsirik. İkisinidə zeytun yağında qızardırıq. Bibəri yarıdan kəsib uzun-uzun kəsirik. Əlavə edirik soğanlı sarımsağa. Pomirorların qanığını soyub kub kəsirik və əlavə edirik. Tomat pastasını əlavə edib bir yerdə 2-3 dəq. qızardırıq.
Badımcanları ortadan kəsib içini yaxşı açırıq. Qızartdığımız tərəvəzdəri içinə qoyuruq.
Tavaya qoyuruq üstündən zeytun yağı gəzdirib 15 dəq. az xodda bişiririk. Sobayada qoya bilərsiz.
Üstünə doğranmış cəfəri səpirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: kəsirik, qızardırıq, qoyuruq, zeytun, əlavə, yağında, edirik, Badımcanları, yarıdan, kəsib, cəfəri, yaxşı, qanığını, soyub, içini, yerdə, Tomat, pastasını, açırıq, ortadan
BİZİ İZLƏYİN