Tərkibi:2,5 kq ördək
6 baş soğan
1 kök
1 dəfnə yarpağı
4-5 yumru istiot
duz
sarıkök
Hazırlanması:Ördəyi tikələrə kəsirik. Qazana düzüb üstü örtülənə gədər su əlavə edirik. Bir bütöv soğanı, bütöv köku, dəfnə yarpağını, yumru istiotu əlavə edirik. Az xodda 2-3 saat bişiririk. Suyu tam çəkiləndə və yalnız yağ qalanda altını keçirdirik. Baş soğanı və kökü atırıq.
Baş soğanı yarıdan bölüb uzun-uzun kəsirik. Ördəyin yağından 2-3 x.q. götürüb soğanı qızardıq. Soğan "öləndə" içinə duz, istiot, sarıkök əlavə edirik. Ördəyi və qalan yağı soğanın içinə əlavə edirik. 20 dəq bir yerdə bişiririk.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: edirik, əlavə, soğanı, kəsirik, bişiririk, Ördəyi, içinə, sarıkök, dəfnə, bütöv, yumru, istiot, yağından, bölüb, atırıq, yarıdan, götürüb, Ördəyin, Soğan, soğanın