• Göbələk çığırtma resepti

Reseptin məlumatları Baxış sayı: 8 421

Tarix : 20-12-2018, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4

Şef / Mənbə : rovsanenin_metbexi_


Tərkibi:
1 kq zirə göbələyi,
2 ədəd şirin bibər,
1 ədəd acı bibər (zövqə görə),
2-3 ədəd pomidor (və ya tomat pastası),
1 ədəd iri soğan,
yağ,
duz, istiot, pul bibər,
şüyüd, keşniş, cəfəri (hərəsindən 2-3 saplaq)

Hazırlanması:
Əvvəlcə göbələyin qabığını soyub, doğrayırıq. Yaxşıca yuyuruq ki, qumlu qalmasın. Əgər göbələklər qaradırsa, köhnədirsə suda biraz qaynadıb, suyunu süzmək lazımdır. Soğanı xırda yağda biraz öldürürük. Üzərinə doğranmış bibər əlavə edib, biraz daha qovururuq və göbələyi töküb, birlikdə bişiririk. Duz, istiot və pulbibər vurub, tam suyu çəkiləndə pomidor (və ya tomat) əlavə edirik. Tavanın qapağını örtüb, az odda bişiririk. Ən sonda göyərtiləri xırda doğrayıb, yeməyimizin üstünə vururuq və qarışdıraraq qazdan götürürük. Zövqə görə üzərinə yumurta da vura bilərsiniz. Süfrəyə istəyə bağlı olaraq sarımsaqlı qatıqla birlikdə servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bibər, biraz, xırda, istiot, bilərsiniz, bişiririk, birlikdə, göbələyi, əlavə, pomidor, tomat, qapağını, göyərtiləri, sonda, Tavanın, örtüb, pulbibər, töküb, doğrayıb, vurub
BİZİ İZLƏYİN