• Kartoflu tökmə piroq resepti

Reseptin məlumatları Baxış sayı: 5 516

Tarix : 28-09-2019, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Hussniyya


Tərkibi:
1 st - Qatıq və ya xama
1/2 st - Bitki yağı
3 ədəd - Yumurta
1 paket - Qabartma tozu
Duz, istiot
2-2,5 st - Un
3 ədəd - Orta ölçülü kartof
1 ədəd - Soğan
100 qr - Holland pendiri
100 qr - Feta pendiri
Göyərtilər

Hazırlanması:
Yumurta,qatıq(xama),yağ,duz,istiotu qarışdırıb üzərinə unu və qabartma tozunu ələyirik və tam həll edirik. Kartofu və pendirləri kubik formasında,soğan və göyərtləri xırda formada doğrayıb qarışıma əlavə edirik,istənilən soba qabına töküb(əgər keramika soba qabında bişirsəz daha gec bişəcək,şüşə qabda daha tez bişəcək,həmçinin maffin qablarına tökərək də bişirmək olar). 180 dərəcədə 30-45 dəqiqə bişiririk,üzərinə küncüt,kətan toxumu və ya çörəkotu səpərək daha gözəl görüntü verə bilərik,üzəri qızarmağa başlayanda artıq bişmiş olur.Soyudub süfrəyə vermək məsləhətdi.

Nuş olsun!
Etiketlər: edirik, pendiri, bişəcək, üzərinə, Yumurta, dərəcədə, kətan, dəqiqə, bişirmək, bişiririk, küncüt, qablarına, bişirsəz, qabında, qabda, həmçinin, maffin, tökərək, səpərək, bişmiş
BİZİ İZLƏYİN