Tərkibi:500 q qiymə
1 soğan
1 yumurta
1 dəstə cəfəri
duz
istiot
kəklikotu
3 pide
1 x.q. bibər pastası
1 x.q. kərəyağı
2 pomidor
2 acı istiot
Hazırlanması:Qiymənin içinə sürtgəcdən keçirilmiş soğan, yumurta, doğranmış cəfəri, duz və ədviyyat vurub qarışdırın və uzun kotletlər (köfte) düzəldin. Yağda qızardın. Pideləri sobada qızdırıb kubik doğrayın. Boşqabların içinə düzün. Qırağına qatıq qoyun. Pidelərin üzərinə qızardılmış kotletləri düzün. Bibər pastası və kərəyağını bir tavada qovurun, ətin üzərinə gəzdirin. Pomidor və istiotları da kubik doğrayıb qızardın və bir kənarına qoyun.
Nuş olsun!
Etiketlər: qoyun, pastası, kubik, içinə, üzərinə, qızardın, düzün, soğan, istiot, cəfəri, yumurta, doğrayın, Pidelərin, qatıq, qızardılmış, Qırağına, Boşqabların, tavada, istiotları, doğrayıb