• Çəkməli toyuq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 078

Tarix : 14-11-2014, 18:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q yağlı xəmir
600 q (6 əd.) toyuq budu
300 q göbələk (qurusu da olar)
700 q kartof
150 q baş soğan
50 ml süd
duz
istiot
bitki yağı
Çəkməli toyuq resepti - FOTO RESEPT


Hazırlanması:
Kartofu təmizləyib suda bişirin. Soğanı xırda doğrayın. Göbələyi təmizləyib xırda doğrayın. Bitki yağında soğanı qızardın. Göbələyi əlavə edin. Suyu çəkilənəcən bişirin (təxminən 15 dəqiqə).
Toyuq budlarını duzlayıb-istiotlayın, bitki yağında hazır olanadək, təxminən 25-30 dəqiqə qızardın. Soyudun.
Kartofa kərə yağı və süd əlavə edib əzin. Püre ilə göbələyi qarışdırın. Soyudun.
Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT


Xəmiri təxminən 3 mm qalınlıqda yayın. Dördbucaq formasında kəsin (qalıqları atmayın). 15x15 sm ölçüdə kvadratlar kəsin. Qalıqları xırdaca yayıb kvadratların ortasına qoyun (bu, onunçün edilir ki, altdakı xəmir cırılmasın). Bunun üzərinə 2-3 x.q. iç (püre ilə göbələyin qarışığı) qoyun. Budu için üzərinə yerləşdirin. Xəmirin kənarlarını budun ətrafında yığın və sapla bağlayın (çox bərk çəkməyin, xəmir kəsilib, forma itəcək).
Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT


Siniyə perqament döşəyib azca yağlayın. Hazırladığınız "çəkmələri" üzərinə düzün. Budun bayırda qalan sümük hissəsini yanmaması üçün folqa ilə örtə bilərsiniz. 180 dərəcə qızdırılmış sobada təxminən 15-20 dəqiqə qızaranadək bişirin. Hazır olandan sonra sapları çıxarın.
Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT

Çəkməli toyuq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: təxminən, bişirin, dəqiqə, üzərinə, xəmir, Göbələyi, xırda, yağında, əlavə, kəsin, Soyudun, qızardın, doğrayın, qoyun, bitki, təmizləyib, forma, kəsilib, qarışığı, itəcək
BİZİ İZLƏYİN