• Kəsmikli ət suflesi resepti

Reseptin məlumatları Baxış sayı: 13 639

Tarix : 22-03-2016, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
750 q sümüksüz mal əti
250 q kəsmik
75 q kərə yağı
2 x.q. sürtgəcdən keçirilmiş pendir
50 q buğda çörəyi
2 st. süd
cəfəri
duz
4 yumurta

Hazırlanması:
Əti bişirib soyudun. Çörəyi süddə isladın. Kəsmiyi, əti, süddə isladılmış çörəyi iki dəfə ət maşınından keçirin. Kərə yağının yarısını və yumurtaların sarısını əlavə edin. Qarışdırın. Yumurtaların ağını qatı köpük əmələ gələnə qədər çalın və qarışığa əlavə edin. Yağlanmış siniyə hazırlanmış qarışığı töküb üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Sobada bişirin. Hazır suflenin üzərinə kərə yağının qalanını əridib tökün və göyərti ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: çörəyi, üzərinə, yağının, əlavə, pendir, süddə, keçirilmiş, sürtgəcdən, Yağlanmış, siniyə, hazırlanmış, bəzəyin, olsun, qarışığa, gələnə, qədər, çalın, qarışığı, töküb, Hazır
BİZİ İZLƏYİN