Tərkibi:700 q kartof
2 yumurta
50 ml qaymaq
100 q pendir
göyərti
duz
istiot
Hazırlanması:Kartofu təmizləyib yuyun, suda hazır olunca bişirin. Göyərtini çox xırda doğrayın. Pendiri sürtgəcin xırda gözündən keçirin. Kartofu əzin. Yumurta vurub qarışdırın. Sonra qaymaq əlavə edin. Göyərti, duz, istiot əlavə edib qarışdırın. Xırda, dərin formalara doldurun (bir iri formadan da istifadə etmək olar). Üzərinə pendir səpin. 180 dərəcə qızdırılmış sobada qızaranadək, təxminən 15 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: bişirin, Kartofu, əlavə, istiot, pendir, xırda, qarışdırın, qaymaq, formadan, istifadə, dərin, Göyərti, Xırda, etmək, formalara, doldurun, səpin, təxminən, dəqiqə, olsun