Tərkibi:1 ispanaq kökü
150 qram qaynanmış yaşıl mərci
1 baş doğranmış soğan
2 xörək qaşığı tomat
2-3 xörək qaşığı əridilmiş kərə yağı
4-5 diş döyülmüş sarımsaq
1 xörək qaşığı quru nanə
1 limonun suyu
Duz
Hazırlanması:İspanaqları yuyun, köklərini yarpaqlara qədər kəsərək ayırın, sonra ortalarından bölərək doğrayın.
Qazanda soğanı yağ və tomatla qarışdırıb yaxşıca qovurun, sonra ispanaq kökləri və duz əlavə edin, ispanaq saplarının yumşalmasına qədər bişirin.
Daha sonra ispanağın üzərinə yaşıl mərci və 1,5 stəkan su əlavə edərək bişirməyə davam edin.
Tam bişməyə az qalmış əzilmiş sarımsaq, limon suyu və quru nanəni kasada qarışdırıb yeməyin üzərinə tökün, bir neçə dəqiqə qaynadıb odu söndürün.
Nuş olsun!
Etiketlər: sonra, xörək, qaşığı, ispanaq, qədər, sarımsaq, üzərinə, qarışdırıb, yaşıl, əlavə, mərci, bişirməyə, davam, edərək, yumşalmasına, saplarının, bişirin, ispanağın, stəkan, limon