• Batenjen maklübi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 664

Tarix : 2-06-2015, 18:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1-1,5 kq badımcan
700 q sümüksüz qoyun əti
1,5 st. uzun düyü
1/4 st. ərinmiş yağ
0,5 st. şam fıstığı
1 x.q. duz (üstsüz)
0,5 ç.q. paprika
0,5 ç.q. darçın
0,5 ç.q. zəfəran

əlavə:
bulyon üçün 4 st. su
badımcanı qızartmaq üçün bitki yağı

Hazırlanması:
Əti doğrayıb üzərinə 4 st. su tökün. Qaynadın. Kəfini yığın.
Duz, ədviyyat əlavə edib vam odda 40 dəqiqə bişirin. Əti bulyondan çıxarın.
Ət bişən müddətdə badımcanı təmizləyib 1 sm qalınlıqda şəridlərə doğrayın. Acısını çıxarmaq üçün üzərinə duz səpin, 20 dəqiqə saxlayıb yuyun.
Yağı qızdırın, badımcanların hər iki üzünü qızardın.
Artıq yağının çəkilməsi üçün salfetin üstünə düzün.
Düyünü yuyun. Xörəyi hazırlayacağınız qazana 1 x.q. düyü töküb onu qazanın dibinə bərabər yayın.
Bunun üzərinə badımcanları düzün (yəni həm qazanın dibini, həm də kənarlarını tutsun).
Badımcanın üzərinə bişmiş əti düzün.
Ətin üstünə düyünü tökün.
3 st. bulyonu ehtiyatla düyünün üstünə tökün (elə tökün ki, ət qalxıb düyünün üstünə çıxmasın).
Vam odda təxminən 40 dəqiqə bişirin. Bu müddətdə bulyon düyüyə tam hopmalıdır. Xörəyi bir az soyudun. Sonra buludu qazanın ağzına tutub qazanı tərs çevirin.
Şam fıstığını ərinmiş kərə yağında qovurun. Əgər xörəyin onsuz da yağlı olduğunu düşünürsünüzsə, o zaman fıstığı sobada, yağsız qovura bilərsiniz.
Xörəyin üzərinə səpin və süfrəyə tərəvəz salatı, xama ilə verin.

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT

Batenjen maklübi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, üstünə, tökün, dəqiqə, düzün, qazanın, bişirin, yuyun, düyünün, badımcanı, səpin, müddətdə, Xörəyi, bulyon, əlavə, fıstığı, ərinmiş, düyüyə, təxminən, hopmalıdır
BİZİ İZLƏYİN