• Sarımsaqlı badımcan və kükü resepti

Reseptin məlumatları Baxış sayı: 14 661

Tarix : 4-04-2016, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
15 badımcan
10 şirin bibər
6 pomidor
200 q sarımsaq
1 x.q. nanə qurusu
bitki yağı
duz
istiot

Hazırlanması:
Badımcanı soyub, dilim-dilim doğrayın, duzlayıb kənara qoyun. Pomidoru və soğanı doğrayın. Sarımsağı isə ət maşınından keçirib içərisinə nənə qurusu əlavə edin. Hazır doğranmış tərəvəzləri hazırlamağa başlayın. Əvvəl tavaya bitki yağı əlavə edib sarımsağı qızardıb kənara qoyun. Sonra duzlanıb acı suyu çıxmış badımcanları qızardın. Pomidor ilə bibər qızarmalı deyil. Ən son tərəvəzlərı lay-lay tavaya yığıb aralarına sarımsaq əlavə edin. Hazır yeməyi 20 dəqiqə tərəvəzlərin dadları bir-birinə çıxması üçün dəmə qoyun.

Nuş olsun!
Etiketlər: qoyun, əlavə, dilim, doğrayın, tavaya, bitki, Hazır, kənara, bibər, qurusu, sarımsaq, çıxması, olsun, qızardın, badımcanları, çıxmış, qızardıb, Pomidor, duzlanıb, Sonra
BİZİ İZLƏYİN