• Toyuqla lazanya resepti

Reseptin məlumatları Baxış sayı: 14 840

Tarix : 23-07-2016, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
650 q toyuq filesi
1 baş soğan
12-15 lazanya yarpağı
150 q motsarella
bitki yağı
oreqano, kəklikotu
duz
istiot
kərə yağı (formanı yağlamağa)

sous:
700 ml süd
100 q kərə yağı
100 q un
duz
istiot
muskat cevizi

Hazırlanması:
Soğanı xırda doğrayın.
Tavada bitki yağını qızdırın, soğanı qovurun. Toyuq qiyməsini əlavə edin. Yarımbişmiş hala gələnədək qovurun. Duz, istiot, oreqano və kəklikotu vurun.
Sous: Tavada kərə yağını əridin, un səpib yüngül qızardın. Tədricən südü töküb qarışdırın ki, lopalar qalmasın. Qatılaşmağa başlayan kimi ocaqdan götürün. Duz-istiot vurun, muskat cevizi qatın.

Lazanya yarpaqlarını duzlu suda 2 dəqiqə qaynadın.

Formanı kərə yağı ilə yağlayın. Dibinə bir qədər sous tökün. Üzərinə bir lay lazanya yarpaqları düzün. Bir qədər farş yayıb üzərinə sous gəzdirin. Yenidən lazanya yarpaqları, toyuq əti və sousu lay-lay, ərzaqlar bitənədək düzün.
Üzərinə motsarellanı xırdalayıb səpin.
190 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Nuş olsun!
BİZİ İZLƏYİN