Tərkibi:800 q qoyun əti
3 baş soğan
500 q kartof
500 q badımcan
500 q pomidor
1 l pomidor şirəsi
quru acika (zövqə görə)
1 dəstə keşniş
1 dəstə cəfəri
3 diş sarımsaq
duz
Hazırlanması:Kartof, badımcan və pomidoru kubik doğrayın. Əti quşbaşı doğrayın.
Ərzağı küpəyə lay-lay düzün, hər layı duzlayıb azca acika vurun - soğan + badımcan + kartof + xırdalanmış göyərti və pomidor + ən sonda qoyun əti. Hər küpənin içinə pomidor şirəsi töküb ağzına folqa çəkin. 200 dərəcə qızdırılmış sobada 2 saat bişirin. İlk yarım saatdan sonra temperaturu bir qədər azaldın. Hazır xörəyə bir qədər də doğranmış göyərti və xırdalanmış sarımsaq əlavə edin. 10 dəqiqə dəmdə qalandan sonra süfrəyə verin.
Nuş olsun!
Etiketlər: pomidor, badımcan, xırdalanmış, qədər, göyərti, sonra, sarımsaq, qoyun, doğrayın, kartof, soğan, şirəsi, dəstə, acika, saatdan, yarım, qızdırılmış, sobada, bişirin, temperaturu