• Qırmabadam resepti

Reseptin məlumatları Baxış sayı: 16 726

Tarix : 28-02-2016, 19:00

Bölmə : Digər reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
85 q düyü unu
650 q şəkər tozu
280 q fındıq ləpəsi
35 q yumurta ağı
1 q limon turşusu
2 q keşniş toxumu

Hazırlanması:
Şəkər tozunu suda qaynadın, limon turşusu əlavə edib tərkibində 5-6% su qalanadək bişirin. Bişmiş karamel kütləsini çala-çala soyudun. İstiliyi 50-60 dərəcə C olanda üzərinə yumurta ağı əlavə edib çalmağı sürətləndirin. Çalınmış kütləyə xırdalanmış fındıq ləpəsi və keşniş toxumu qarışdırın. 8-10 mm qalınlıqda 10x15 sm ölçüdə forma verin. Üzərinə qovrulmuş düyü unu səpin.

Nuş olsun!
Etiketlər: turşusu, toxumu, əlavə, limon, keşniş, yumurta, fındıq, ləpəsi, çalmağı, qarışdırın, xırdalanmış, qalınlıqda, Çalınmış, pizza xemiri, sürətləndirin, kütləyə, Üzərinə, səpin, olsun, qovrulmuş, kütləsini
BİZİ İZLƏYİN