Tərkibi:1 yumurta
1 st süd
1y.q. duru yağ
1 st un
1 y.q. şəkər
1 cimdik duz
1 ç.q. qabartma tozu
Hazırlanması:Bir qabın içinə yumurtanı qırın, duz və şəkəri əlavə edin. Mətbəx teliylə çalın. Yağ və südü əlavə edin, qarışdırın.
Unu və qabartma tozunu ələyin içinə tökün və birbaşa ələyin yumurtanın üstünə. Qarışdırın. Orta qatılıxda, biraz axan xəmir alınır.
Tavanı isidin.Teflon ya seramik tava götürməyiniz məsləhətdir. Tava yağlanmır əslində. Ancaq şübhəniz varsa ilk dəfə azacıq tavanın dibini yağlaya bilərsiz. İsti tavaya yemək qaşığı yaxud kiçik çömçəylə xəmirdən alın və tavaya tökün. Yumru ləpik şəklində olmalıdı.1 dəq gözləyin, ləpiyin üstü hər tərəfi deşik-deşik olacaq, onda çevirin və yarım qədidə o biri üzünü qızardın. Ocaq daim orta olmalıdır, nə zəig, nə gur.
Pankeyklıri amerikannar Qaraqınıq ağacının şirəsi ilə yeyirlər(Marple syrop), siz squşonkayla yaxud nutellayla yeyə biıərsiz.
Nuş olsun!
Etiketlər: əlavə, tökün, ələyin, içinə, yaxud, qabartma, tavaya, deşik, olacaq, gözləyin, ləpiyin, olmalıdı, tərəfi, xəmirdən, kiçik, qaşığı, yemək, çömçəylə, çevirin, ləpik