• Pankeyk kəsmikli resepti

Reseptin məlumatları Baxış sayı: 6 768

Tarix : 18-05-2018, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
1 yumurta
1 st süd
1 st un
1 y.q. kəsmik
1 y.q. şəkər
1 y.q. duru yağ
1dolu ç.q. qabartma tozu
1 cimdik duz

Hazırlanması:
1.Dərin qabln içinə un,qabartma tozu ələyin, duz, şəkər əlavə edin və mətbəx teli ilə yaxşıca qarışdırın.
2. Ələyin içinə kəsmiyi qoyun, bunu əzərək basın ələyin dibinə, o biri tərəfdən kəsmik krem kimi homojen halda çıxacaq.
3. Bura yumurta, süd, yağ əlavə edin və mətbəx teli ilə qarışdırın. Orta qatılıxda xəmir olur.
4. Dibi qalın tavanı isidin. Pankeyklər quru tavada bişir, yağsız. Xəmiri iri qaşıq, yada ən asanı orta ölçüdə bir çömçə ilə götürün və yaxşı isinmiş tavaya tökün. Tavanı blinçik bişirdiyiniz kimi fırlatmayın, pankeyk özü biraz yayılacaq yumru şəkildə. Ortadan biraz gur od olmalıdır daim. Pankeykin üstündə deşiklər gördüyünüz zaman çevirin o biri üzünə və 2-3 saniyə bişirin.
Amerikannar pankeyki Marple syrop deyilən qaraqınıq ağacının şirəsi ilə yeyirlər, siz squşonka ilə, Nutella ilə və ya hər hansı bir jemlə yeyə bilərsiz

Nuş olsun!
Etiketlər: əlavə, ələyin, mətbəx, qarışdırın, biraz, içinə, yumurta, şəkər, kəsmik, qabartma, Pankeykin, olmalıdır, deşiklər, zaman, gördüyünüz, Ortadan, üstündə, yayılacaq, bişirdiyiniz, fırlatmayın
BİZİ İZLƏYİN