Tərkibi:300 q kəsmik
2 x.q. xama
2 x.q. un
2 x.q. nişasta
3 x.q. şəkər tozu
1 paket vanilli şəkər
1-2 yumurta
Hazırlanması:Kəsmiyi əzin. Digər ərzaqları əlavə edib xəmir yoğurun.
Əllərinizi isladın, qaşıqla xəmirdən götürüb küftələr tutun.
Qazanda su qaynadın. Duz vurun. Hazırladığınız kəsmikli küftələri bu suda qaynadın. Hazır olanda küftələr suyun üzərinə yığışır.
Kəfkirlə çıxarıb boşqablara çəkin. Süfrəyə xama, yaxud kərə yağı ilə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: qaynadın, şəkər, küftələr, olanda, suyun, üzərinə, Hazır, küftələri, vurun, Hazırladığınız, kəsmikli, yığışır, Kəfkirlə, yaxud, bilərsiniz, olsun, Süfrəyə, çəkin, çıxarıb, boşqablara