Tərkibi:
Sous üçün:1 diş sarımsaq
2-3 yarpaq yaşıl reyhan
60 ml zeytun yağı
1 x.q. bəyaz üzüm sirkəsi
duz
istiot
Salat üçün:150 q yaşıl lobya
1 x.q. limon şirəsi
0,5 şirin bibər (qırmızı)
4 yumurta
1 banka ton balığı konservi (suda və ya yağda)
2-3 iri pomidor (yaxud çerri)
6-8 ançous filesi
200 q kahı
8-10 ədəd yaşıl zeytun
1 balaca soğan
Hazırlanması:
Sous: yağı və sirkəni çəngəllə emulsiya halına gələnədək çalın, xırda doğranmış reyhan və əzilmiş sarımsaq əlavə edin. Duz, istiot vurub bir kənara qoyun.
Yumurtanı suda bişirin.
Ton balığını çəngəllə əzin.
Lobyanı zeytun yağında hazır olanadək bişirin, duz, istiot, limon şirəsi vurun.
Boşqablara kahı yarpaqları düzün. Üstünə qovrulmuş lobya, saman kimi doğranmış bibər, nazik yarımhalqa doğranmış soğan, zeytun, dörd bölünmüş yumurta, dilimlənmiş pomidor və ançous filesi, ton balığı qoyun. Üstünə sous gəzdirib süfrəyə verin.
Nuş olsun!
Etiketlər: zeytun, istiot, doğranmış, yaşıl, filesi, ançous, bibər, yumurta, balığı, Üstünə, şirəsi, qoyun, lobya, soğan, sarımsaq, reyhan, bişirin, pomidor, çəngəllə, limon