• Şuba salatı resepti

Reseptin məlumatları Baxış sayı: 25 130

Tarix : 2-06-2021, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 böyük kartof
6 yumurta
2 kök
2 cuğundur
250 qr mayonez
1 balaca soğan
150 qr konservləşdirilmış balıq
duz
istiot

Hazırlanması:
Kartofu, kökü yaxşıca yuyub əlavə olaraq yumurtaları qazana qoyub 25 dəqiqə bişiririk. Çuğunduru isə başqa bir qazanda 35-40 dəqiqə arası bişiririk. (Çuğundur kartofa nisbətən gec bişdiyi üçün onu başqa qazanda bişiririk.)
Qeyd: Bişəndən sonra 2-3 saat kənarda qalıb soyumaları bizim işimizə daha çox yarıyacaq.

Soğan və konservləşdirilmış balığı istəyə uyğun formada doğrayırıq. Qabımızın ən alt hissəsinə düzürük. Duz yox, çünki balıq özü duzludur, amma istiotlamağı unutmuruq.

Bişmiş kartofları rəndədən keçirib duz, istiotlayıb soganı yaydığımız kimi yayırıq və üzərinə mayonez çəkirik.

Nuş olsun!
Etiketlər: bişiririk, dəqiqə, qazanda, başqa, konservləşdirilmış, balıq, mayonez, Soğan, yarıyacaq, düzürük, hissəsinə, işimizə, doğrayırıq, balığı, uyğun, formada, istəyə, Qabımızın, duzludur, soganı
BİZİ İZLƏYİN