• Natali salatı resepti

Reseptin məlumatları Baxış sayı: 23 542

Tarix : 7-07-2014, 14:09

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. bişmiş düyü
200 q xırda doğranmış qara gavalı
350 q hisə verilmiş toyuğun döş əti
2 baş soğan
500 q şampinyon
300 q pendir
2 bişmiş yumurta
2 təzə xiyar
Mayonez

Bəzək üçün:
ərinmiş pendir (hazır doğranmış)
yerkökü
göyərti

Hazırlanması:
Təzə şampinyonları və soğanı jülyen (saman kimi) doğrayıb qovurun.
Toyuğu, qara gavalını, xiyarı da jülyen doğrayın.
Pendir və yumurtanı sürtgəcin iri gözündən keçirin.
Bu salat üçün enli yastı bulud götürün.Lay-lay düzün:
düyü + duz + qara gavalı + mayonezlə qarışdırılmış toyuq əti + soğanla qovrulmuş şampinyon + pendir, yumurta və mayonezin qarışığı + xiyar + mayonez.
Ərinmiş pendir dilimlərini künclərindən qatlayın, ortasına yerkökündən kəsdiyiniz şərid yerləşdirin, salatın üstünə düzün, göyərti ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: pendir, şampinyon, jülyen, xiyar, göyərti, düzün, yumurta, bişmiş, gavalı, doğranmış, mayonezin, Ərinmiş, qarışığı, mayonez, qovrulmuş, toyuq, götürün, bulud, qarışdırılmış, mayonezlə
BİZİ İZLƏYİN