• Fransız salatı resepti

Reseptin məlumatları Baxış sayı: 24 164

Tarix : 27-07-2014, 04:12

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
400 q toyuq ciyəri (toyuq əti də ola bilər)
1 soğan
3 yumurta
1-2 turş alma
150-200 q bərk pendir
mayonez

Hazırlanması:
Toyuq ciyərini (toyuq əti) bir qədər bitki yağı əlavə etməklə tam bişənəcən qovurun. Sonra isə nazik saman kimi doğrayın.
Soğanı ayrıca qovurun.
Pendiri sürtgəcin iri gözündən keçirin.
Almanı nazik saman kimi doğrayın.
Yumurtanı xırdalayın.
Lay-lay, arasına mayonez çəkməklə boşqaba düzün. Zövqünüzə görə bəzəyin.

Nuş olsun!
Etiketlər: toyuq, qovurun, saman, doğrayın, mayonez, nazik, Almanı, Yumurtanı, keçirin, gözündən, Pendiri, sürtgəcin, xırdalayın, arasına, bəzəyin, olsun, Zövqünüzə, düzün, çəkməklə, boşqaba
BİZİ İZLƏYİN