• Sadə dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 38 956

Tarix : 25-09-2015, 14:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
2 stəkan süd
2 stəkan krem şanti
1 stəkan şəkər tozu
4 ədəd yumurta

Hazırlanması:
1. Yumurta və şəkər tozu qarışdırma qabına qoyulur, mikserlə krem vəziyyətinə düşənə kimi (rəngi ağarana kimi) qarışdırılır.
2. Başqa bir qab götürülür içinə krem şanti və süd tökülür mikserlə qarışdırılıb krem vəziyyətinə gətirilir.
3. Sonra hər iki qarışığı bir-birinə qatıb mikserin aşağı sürətiylə 1 dəqiqə qarışdırırıq.
4. Alınmış dondurmanı plastik qaba töküb, soyuducunun dondurma hissəsində 1 gün saxlamaq lazımdır.


Nuş olsun!
Etiketlər: stəkan, şəkər, şanti, vəziyyətinə, mikserlə, sürətiylə, aşağı, mikserin, Sonra, gətirilir, qarışığı, birinə, qatıb, dəqiqə, dondurmanı, hissəsində, saxlamaq, lazımdır, olsun, dondurma
BİZİ İZLƏYİN